Yeni brauzer təqdim olundu: “Vivaldi”

şərh Yoxdur
LoadingSevimli et
Digər brauzelərə rəqib ola biləcək yeni brauzer təqdim olunub.
Technews.az “Thenextweb”ə istinadən bildirir ki, “Vivaldi” adlı yeni  brauzer funksionallığına görə digər brauzerlərdən fərqlənir. Yeni brauzer “Opera”nın keçmiş  CEOsu tərəfindən hazırlanıb. Windows, Linux və Mac OS X əməliyyat sistemləri üçün istifadəyə verilib.
Tab Stacks: Əgər siz bir çox veb sətirlərlə eyni anda işləmək istəyirsinizsə, sətirləri bir birinin üstünə gətirin və bir dəstə əmələ gətirin. Bundan sonra rahat şəkildə veb səhifələr arasında sürətli keçid edə bilərsiniz. Bundan başqa veb sətirlər üçün başqa funksiyalar da mövcuddur.
 “Vivaldi” brauzerinin üstünlüklərindən biri eyni anda bir neçə saytda işləməyinizə imkan verir.
Həmçinin, işiniz qutardıqdan sonra brauzerdən çıxdıqda sizin ən son əməliyyatlarınız proqramın yaddaşında qalır və istədiyiniz vaxt qayıdıb həmin səhifələrdə işinizi davam etdirə bilərsiniz.
Brauzeri buradan  yükləyə bilərsiz.

Sevinc Asadova

Müəllif

Sevinc Asadova

Növbəti

Əlaqəli Paylaşımlar