“Xperia” ailəsi üçün “Android 6.0.1” vaxtıdır

şərh Yoxdur
LoadingSevimli et

“Sony” yeniləmə mövzusunda istifadəçiləri məmnun etməyə davam edir. Şirkətin “Android Marshmallow” yeniləməsini gec paylanmasına baxmayaraq yeniləmənin köhnə flaqmanlar üçün də təqdim olunması rəğbətlə qarşılandı.

“Sony” bu gün “Xperia Z2”, “Xperia Z3” və “Xperia Z3 Compact” üçün “Android 6.0.1 Marshmallow” yeniləməsini paylamağa başladı. İlkin mərhələdə Kanada və Hindistanda təqdim olunan yeniləmənin yaxın müddətdə digər ölkələrdə də təqdim olunması gözlənilir.

Qeyd edək ki, yeni versiyada kiçik xətalar düzəldilib və sistem daha da stabilləşdirilib.

Mənbə

Eynar Haji

Müəllif

Eynar Haji

Növbəti

Əlaqəli Paylaşımlar