“Windows 10 Mobile” barmaq izi dəstəyi ilə təchiz olundu

şərh Yoxdur
LoadingSevimli et

Uzun müddətdir məlumdur ki, “Microsoft” alternativ giriş üsulları üzərində işləyir. Bu üsullara üz təyinetmə, göz skaneri və barmaq izi sensoru daxildir. Daha öncə “Windows Hello” proqramı ilə üz təyinetmə funksiyasını əlçatan etmişdi. Bu dəfə isə növbə barmaq izi sensorundadır.

“Microsoft” “WinHEC” konfransında bildirib ki, “Windows 10 Mobile” bundan sonra barmaq izi sensorunu dəstəkləyəcək. Hazırda ancaq “HP Elite x3” bu funksiyanı dəstəkləyir və digər hansı “Windows 10 Mobile” smartfonlarının barmaq izi sensoruna sahib olacağı nıəlum deyil.

Mənbə

Eynar Haji

Müəllif

Eynar Haji

Növbəti

Əlaqəli Paylaşımlar