Velosiped Üçün Elektrikli Motor: ONwheel

şərh Yoxdur
LoadingSevimli et

Velosiped sürmək insan bədəni üçün yaralı və olduqca yorucu bir idman növüdür. Bu idman növü ilə məşğul olmağın məqsədi yorulmaq olsa da, hər kəs mükəmməl velosipedçi deyil və yoxuşları çıxmaq olduqca yorucudur.

Technews.az Digital Trends-ə istinadən bildirir ki, “go-e” adındakı şirkət velosiped sürüşünü daha az yorucu etmək üçün kiçik cihaz yaradıb. Beləki, “ONwheel” adlanan cihaz öz adapteri olan və velosipedə 2 vint ilə bağlanan elektrik motordur. Qurğu pedal çevrilərkən təkərlə təmas yaradır və təkəri çevirməyə başlayır. Beləliklə, gedəcəyinizdən daha çox məsafə qət edirsiniz.

Qeyd edək ki, cihaz pedal çevirmədiyiniz zaman bunu anlayır və təkəri çevirməyi dayandırır. Bu yolla enerjiyə qənaət edən cihazın tam batareyası ilə 60 km yol qət etmək mümkündür.

Mənbə

TechNews Azerbaijan
Növbəti

Əlaqəli Paylaşımlar