“OneDrive” ödənişsiz yaddaş sahəsini azaltdı

şərh Yoxdur
LoadingSevimli et

“Microsoft”-un keçən ilin sonunda açıqladığı və tənqidlərə tuş gələn qərarı reallaşdırılacaq. Bu qərar ödənişsiz “OneDrive” yaddaş sahəsinin azaldılması idi.

Qərar çərçivəsində ödənişsiz 15 GB-lıq yaddaş sahəsi 5GB-a endiriləcək. Ancaq bu bütün istifadəçilərə şamil edilməyəcək. Beləki, dekabr ayında açılan formu doldurub qeydiyyatdan keçən istifadəçilər 15 GB-ın dadını çıxaracaqlar.

Qeyd edək ki, yeni qərar “OneDrive” bulud sisteminin rəqabət gücünü “Google Drive” kimi güclü rəqib qarşısında azaldacaq. Yeni qərar 31 iyundan etibarən tətbiq olunacaq.

Mənbə

Eynar Haji

Müəllif

Eynar Haji

Növbəti

Əlaqəli Paylaşımlar