“Microsoft” ABŞ-ı məhkəməyə verdi

şərh Yoxdur
LoadingSevimli et

“Microsoft” şirkəti Vaşinqton ştatının Qərb dairə məhkəməsində federal hökuməti məhkəməyə verib.

Technews.az “Reuters”ə istinadən bildirir ki, şirkət öz istifadəçilərini federal qurumların onların şəxsi poçtuna müdaxiləsi barədə məlumatlandırmasına icazə istəyir. İddiada bildirilir ki, hökumət “Microsoft”a öz istifadəçilərini məlumatlandırmağı qadağan etməklə Konstitusiyanı pozur. Belə ki, Konstitusiyaya 4-cü düzəlişdə vətəndaşların hökumətin yoxlama-axtarış aparmaq cəhdi barədə məlumata malik olmaq hüquqları təsbit edilib. Düzəlişdə yoxlama-axtarış tədbirlərinin yalnız məhkəmə qərarı əsasında aparıla biləcəyi bildirilir.

Şirkət son 18 ay ərzində istifadəçilər barədə məlumat tələb edilən 5624 hüquqi sorğu aldığını açıqlayıb. Əksər sorğular fiziki şəxslər haqda olub.

Mənbə

Sevinc Asadova

Müəllif

Sevinc Asadova

Növbəti

Əlaqəli Paylaşımlar