“iPhone”-da yazı yazarkən çəkdiyimiz əziyyət artıq bitir!

şərh Yoxdur
LoadingSevimli et

Ağıllı telefonların həm ən vacib, həm də ən can sıxıcı xüsusiyyətlərdən biri “iOS 10” ilə öz həllini tapacaq. Bu, avtomatik düzəltmə funksiyasıdır. Bütün “iPhone” istifadəçilərinin cihazı aktivləşdirdikləri an etdiyi ilk əməliyyat avtomatik düzəltməni söndürməkdir. Ölkəmiz üçün bunun iki səbəbi var: birincisi Azərbaycan dilini dəstəkləməməsi, ikincisi dəstəklədiyi dillərdə yalnış düzəldib insanın canını sıxmasıdır.

Bəs “Apple” bu problemi necə həll edəcək? Beləki, artıq avtomatik düzəldilən sözlərin altına göy xətt çəkiləcək. Qarşı tərəf altı göy xətli sözlərə basdığı zaman o sözün başqa hansı mənalara gələ biləcəyi ilə bağlı təklifləri göstərəcək. Bununla da, avtomatik düzəltmənin yaratdığı problemlər qismən öz həllini tapacaq.

Qeyd edək ki, yeni funksiyanın “iOS 10”-a əlavə edilməsi gözlənilir.

apple-autp-correct

Eynar Haji

Müəllif

Eynar Haji

Növbəti

Əlaqəli Paylaşımlar