“iPhone 7 Plus” iki arxa kameraya sahib ola bilər

şərh Yoxdur
LoadingSevimli et

“iPhone 7” və “iPhone 7 Plus”-ın təqdim olunmasına 4 ay qalıb, ancaq telefon ilə bağlı bütün məlumatlar artıq məlumdur. Paylaşılan məlumatlar və şayiələrin köməyi ilə artıq smartfonların hansı xüsusiyyətlərə və hansı dizayna sahib olacağını bilirik. Halbuki, hər gün yeni məlumatlar gəlməyə davam edir. Belə iddialardan biri də @OnLeaks-ın paylaşdığı şəkildir.

Dəqiq şəkillər və məlumatlar paylaşması ilə məşhur olan @OnLeaks “iPhone 7 Plus”-a aid yeni şəkil paylaşıb. Şəkildə iki məqam diqqət çəkir. Birincisi, qulaqcıq girişinin olmamasıdır. Bu o deməkdir ki, növbəti flaqmanlarda qulaqcıq girişi əvəzinə Lightning girişi və ya Bluetooth qulaqcıqdan istifadə oluna bilər. İkincisi isə arxa hissədə iki kameranın olmasıdır. Yeni flaqmanın cüt kamera ilə gəlməsi şəkil çəkmə keyfiyyətinin olduqca yüksək olacağının xəbərçisidir.

Qeyd edək ki, “iPhone 7” və “iPhone 7 Plus”-ın suya və toza dayanıqlı olması gözlənilir.

16849-13913-iPhone-7-Pro-WATERMARKED-l

CiMQeMzXAAA2l_S

Mənbə

Eynar Haji

Müəllif

Eynar Haji

Növbəti

Əlaqəli Paylaşımlar