“iOS 9.3”-dəki boşluğun köməyi ilə qovluqların dairəvi edə bilərsiniz

şərh Yoxdur
LoadingSevimli et

“Apple” yeni “iOS” versiyası təqdim etdiyi zaman boşluqsuz olduğunu düşünür, ancaq hər dəfə bir problem tapılır. Bu dəfəki problemdən istifadə edərək qovluqları dairəvi etmək mümkündür.

Aşağıdakı addımları izləyərək boşluqdan istifadə edə bilərsiniz və ya aşağıdakı videoya baxa bilərsiniz:

  1. Bu keçidə daxil olursunuz. Sayt yapon dilində olsa da, bizə yazılar deyil ordakı rənglər lazımdır.
  2. Səhifəni sürüşdürdüyünüz zaman rənglər görəcəksiniz. Bəyəndiyiniz rəngi seçib üzərinə basıb saxlayaraq yaddaşda saxlayırsınız.
  3. Daha sonra həmin şəkili arxa plan şəkili olaraq tənzimləyirsiniz.
  4. Budur dairəvi qovluqlar hazırdır.

ios-9-3-bug

Qeyd edək ki, bununla ancaq ekranın aşağı hissəsindəki qovluqları dairəvi etmək mümkündür. Üst hissədəki qovluqlar kvadrat olaraq qalacaq.

 

Eynar Haji

Müəllif

Eynar Haji

Növbəti

Əlaqəli Paylaşımlar