“iOS 9.3.2 Beta 4” yayımlandı!

şərh Yoxdur
LoadingSevimli et

“Apple” “Safari” problemini həll etmək üçün “iOS 9.3.1” yeniləməsini yayımlamışdı, ancaq yeni versiyada da problemlər bitmək bilmədi. Bu probləmlərdən ən vacibi isə Aşağı Güc Modunda “Night Shift” xüsusiyyətindən istifadə etmənin mümkün olmamasıdır. Beləki, “iOS 9.3.2 Beta 4” yayımlandı və bu versiya ilə sözü-gedən problem öz həllini tapdı.

Yeniləmə ilə kiçik xətalar da düzəldilib və sistem stabilləşdirilib. Yeni versiyanı yükləmək üçün UDİD qeydiyyatınız olmalıdır (*.ipsw faylını internetdən yükləyib “iTunes” vasitəsilə də yeniləyə bilərsiniz).

Qeyd edək ki, “iOS 9.3.2 Beta 4” iPhone 4s, iPhone 5, iPhone 5c, iPhone 5s, iPhone 6, iPhone 6 Plus, iPhone 6s, iPhone 6s Plus, iPhone SE, iPad Air, iPad Air 2, iPad 2, iPad 3, iPad 4, iPad mini, iPad mini 2, iPad mini 3, iPad mini 4, iPad Pro və iPod touch 5 üçün təqdim olunub.

 

Mənbə

Eynar Haji

Müəllif

Eynar Haji

Növbəti

Əlaqəli Paylaşımlar