“İnstagram”-ın ilk loqosunun 45 dəqiqədə düzəldildiyini bilirdiniz?

şərh Yoxdur
LoadingSevimli et

Bildiyiniz kimi, “İnstagram” yaxın günlərdə loqosunu və dizaynını yenilədi. Yenilənmənin 9 aylıq işin nəticəsi olmasına baxmayaraq, köhnə loqonun 45 dəqiqəyə hazırlandığını bilirdiniz?

Loqonun ilkin variantını fotoqraf və dizayner Cole Rise hazırlayıb və bu loqonu hazırlamağa 45 dəqiqə vaxt sərf edib. Buna səbəb isə məhdud zaman idi.

“İnstagram” ilk dəfə “App Store”-a göndərildikdən sonra “Apple” tətbiqin loqosunun meyarlarına uyğun olmadığını bildirib və 1 saat içində dəyişdirilməsini tələb edib. İlkin loqo “İnstagram”-ın CEO-su Kevin Systorm tərəfindən hazırlanmış olsa da, bəyənilməyib və yeni loqonun hazırlanması Rise-a tapşırılıb. Rise-a fotoaparat şəkili göndərilib və loqonun bu şəkildəki fotoaparata bənzəməsi tələb olunub. Rise da öz növbəsində 45 dəqiqə ərzində yeni loqo hazırlayıb və bu, “İnstagram”-ın əsas loqosu halına gəlib və 5 ildir ki, həmin loqodan istifadə olunub.

Hazırlanmış ilk loqo:

1(1)

Rise-a verilən fotoaparat şəkli:

2(5)

Rise-ın hazırladığı loqo:

3(4)

Eynar Haji

Müəllif

Eynar Haji

Növbəti

Əlaqəli Paylaşımlar