“Galaxy S4” və “Note 3” istifadə edənlərə pis xəbərimiz var! Bu cihazlar üçün “Marshmallow” yayımlanmayacaq!

şərh Yoxdur
LoadingSevimli et

2013-cü ildə təqdim olunmuş flaqman gəmi modelləri “Galaxy S4” və “Galaxy Note 3” istifadəçiləri uzun müddətdir “Android 6.0 Marshmallow” yeniləməsini gözləyirdilər. Ancaq “Samsung”-un paylaşdığı xəbərlərə baxdığımız zaman görürük ki, “Galaxy S4” və “Galaxy Note 3” üçün “Marshmallow” yeniləməsi gəlmə ehtimalı yoxa bərabərdir.

2014-cü il flaqmanları “Galaxy Note 4” və “Galaxy S5” modellərinə “Marshmallow” yeniləməsini təqdim edən “Samsung” daha əvvəlki modellərinə yeniləmə verməyəcək.

“Samsung”-un “Galaxy” ailəsi üçün təqdim edəcəyi yeniləmə siyahısı belədir:

-Samsung Galaxy Note 5 – Təqdim olunub
-Samsung Galaxy S6 Edge+ – Təqdim olunub
-Samsung Galaxy S6 – Təqdim olunub
-Samsung Galaxy S6 Duos – Təqdim olunub
-Samsung Galaxy S6 Edge – Təqdim olunub
-Samsung Galaxy Note 4 – Təqdim olunub
-Samsung Galaxy Note 4 Duos
-Samsung Galaxy Note Edge
-Samsung Galaxy S5 – Təqdim olunub
-Samsung Galaxy Alpha
-Samsung Galaxy A8
-Samsung Galaxy A7
-Samsung Galaxy A5
-Samsung Galaxy A3
-Samsung Galaxy E7
-Samsung Galaxy E5
-Samsung Galaxy Tab S
-Samsung Galaxy Tab A

Eynar Haji

Müəllif

Eynar Haji

Növbəti

Əlaqəli Paylaşımlar