“Galaxy Note 6”-nın təqdimat tarixi məlum oldu

şərh Yoxdur
LoadingSevimli et

“Samsung”-un ən önəmli smartfonları şübhəsiz “Galaxy S” və “Galaxy Note” seriyasıdır. Bu il təqdim etdiyi “Galaxy S7” və “Galaxy S7 Edge” modelləri ilə böyük uğur əldə edən şirkət “Galaxy Note 6” flaqmanını təqdim etmək üçün işlərə davam edir.

“Galaxy Note 6” smartfonunun iyun ayında təqdim olunacağı gözlənilirdi, ancaq Evan Blass cihazın təqdimat tarixini paylaşıb. @evleaks adlı hesabdan paylaşılan məlumata əsasən, flaqman 15 avqust tarixində təqdim olunacaq.

Xatırladaq ki, “Galaxy Note 6” öz sələfi “Galaxy Note 5” ilə eyni ayda təqdim olunacaq. Beləki, “Galaxy Note 5” 2015-ci ilin avqust ayında təqdim olunacaq. Bu cihazı ölkəmizdə 785 AZN-ə Almali.az online satış mərkəzindən əldə etmək mümkündür.

Eynar Haji

Müəllif

Eynar Haji

Növbəti

Əlaqəli Paylaşımlar