“Galaxy Note 6”-da “Blackberry”-nin bu funksiyası olacaq

şərh Yoxdur
LoadingSevimli et

“Blackberry” mobil dünyada tərcih edilən marka olmasa da, şirkətin istehsal etdiyi smartfonların “Blackberry Hub” adlı funksiyasını hər kəs bəyənir. “Blackberry Hub”-ın köməyi ilə bütün mesajlar, e-poçtlar, bildirişlər, sosial şəbəkə və mesajlaşma tətbiqlərinin bildirişləri eyni məkanda toplanır.

Technews.az “SamMobile” saytına istinadən bildirir ki, “Samsung” da öz növbəsində “Blackberry Hub”-a bənzər funksiya üzərində işləyir. “Samsung Focus” adlanacaq funksiya “Galaxy Note 6”-da istifadə olunacaq. Beləliklə, “Facebook”, “Twitter”, “İnstagram”, “Whatsapp” kimi mesajlaşma və sosial şəbəkə tətbiqlərinin bildirişləri, mesajları, e-poçtlar, xatırlatmalar və s. tək bir məkanda toplanacaq.

Qeyd edək ki, “Samsung” bu funksiyanın köməyi ilə öz smartfonunu biznes dünyasının vaz keçilməz smartfonu etmək istəyir.

Mənbə

Eynar Haji

Müəllif

Eynar Haji

Növbəti

Əlaqəli Paylaşımlar