“FBİ” artıq istədiyi kompüterin sistemini sındıra biləcək

şərh Yoxdur
LoadingSevimli et

Keçdiyimiz aylarda yaşanan “Apple” və “FBİ” davasını yəqinki hər kəs xatırlayır. Amerika Konstitusiya Məhkəməsinin aldığı qərar ilə “FBİ” artıq heç bir qurumla dava etmə məcburiyyətində qalmayacaq.

41 nömrəli qanunda edilən dəyişikliyə əsasən, “FBİ” dünyanın istənilən yerindəki kompüter və cihazın sisteminə istədiyi an, istədiyi yerdə daxil ola və sındıra bilər. Bununla da, “FBİ” böyük bir gücü əlində toplayacaq və bunun üçün hər hansı bir ştatdan alınmış məhkəmə qərarı kifayət edəcək.

Qeyd edək ki, qanun dəyişdirilməmişdən əvvəl “FBİ”-ın gücü olduqca məhdud idi. Məsələn, New York məhkəməsindən alınmış qərar ancaq həmin ştata şamil edilirdi və “FBİ” başqa ştatda kompüter sisteminə daxil ola bilmirdi.

Mənbə

Eynar Haji

Müəllif

Eynar Haji

Növbəti

Əlaqəli Paylaşımlar