“Facebook Messenger” və “WhatsApp”da nə qədər mesaj yazırıq?

şərh Yoxdur
LoadingSevimli et

 

“Facebook” F8 tədbirində gündəlik olaraq “Facebook Messenger” və “WhatsApp”da yazılan mesajlarla bağlı statistik məlumatları açıqlayıb.

Technews.az “Theverge”ə istinadən bildirir ki, keçən il keçirilən “Facebook” F8 konfransında 700 milyon aktiv istifadəçiyə sahib olduğunu bildirdiyi “Messenger”in hazırda 900 milyon aktiv istifadəçisi var.  “WhatsApp”da bu il 1 milyard aktiv istifadəçiyə sahib olmağı bacarıb.  Mark Zuckerberg “WhatsApp” və “Facebook Messenger”də  göndərilən mesajların gündəlik olaraq 60 milyarda çatdığını bildirib.

Qeyd edək ki, adi telefon SMS-lərində isə bu rəqəm 20 milyarddır. Bu isə insanların mesajlaşma proqramları ilə adi mesajlaşmadan 3 dəfə çox ünsiyyət qurduğunu göstərir.

 

Mənbə

Sevinc Asadova

Müəllif

Sevinc Asadova

Növbəti

Əlaqəli Paylaşımlar