“Facebook Live” daha geniş imkanlara sahib olacaq

şərh Yoxdur
LoadingSevimli et

“Facebook” şirkəti “Facebook Live” üçün yeni funksiyaları təqdim edib.

Technews.az bildirir ki, istifadəçilər yeni funksiyaların köməyi ilə qruplar və tədbirlərdə canlı yayım, video ilə bağlı reaksiyaların tez bir zamanda bildirilməsi, canlı yayıma baxmaq üçün dostlarını dəvət etmək, yayıma hansı ölkələrdən baxılmasını xəritədən izləyə bilir.

“Facebook” digər canlı yayım xidməti təqdim edən “Periscope” ilə rəqabət apara bilər. Həmçinin, canlı yayım üçün yeni stikerlər və filtrlər əlavə olunub. “Periscope”da olduğu kimi artıq “Facebook Live” də də canlı yayım zamanı insanlar video ilə bağlı fikirlərini bildirməsi mümkün olacaq. “Facebook”un canlı yayım xəritəsində isə funksiyanın 60 ölkədən hansından izlədiyini öyrənmək mümkün olacaq.

Qeyd edək ki, yeni funksiyalar yaxın zamanlarda “Facebook Live” istifadəçiləri üçün istifadəyə veriləcək.

Mənbə

Sevinc Asadova

Müəllif

Sevinc Asadova

Növbəti

Əlaqəli Paylaşımlar