Bloggerlər üçün “.blog” sonluqlu domenlər təqdim olunacaq

şərh Yoxdur
LoadingSevimli et

“WordPress.com”-un ana şirkəti “Automattic” 2016-cı ilin sonundan etibarən .blog sonluqlu domenlərin satışını və qeydiyyatını həyata keçirə biləcək. Şirkət bunu “WordPress”-in rəsmi bloqunda paylaşdığı yazı ilə bildirib, ancaq domenlərin satış qiyməti ilə bağlı məlumat verməyib.

Şirkətin açıqlamasında

“Domen qeydiyyat qiymətlərinin təyinatının son mərhələsindəyik. Qiymətlər üst səviyyə sonluqlu domenlərin qiyməti kimi olacaq və bəzi premium domenlər üçün daha çox ödəmə tələb ediləcək” bildirib.

Qeyd edək ki, bu sonluqda domeni istənilən hər kəs satın ala bilər və domeni bloq ilə əlaqələndirmək məcburiyyəti olmayacaq.

Mənbə

Eynar Haji

Müəllif

Eynar Haji

Növbəti

Əlaqəli Paylaşımlar