“Android” əməliyyat sistemindəki 5 illik boşluq qapadıldı

şərh Yoxdur
LoadingSevimli et

“Android” əməliyyat sistemindəki boşluq nəhayət ki, “Google” tərəfindən qapadıldı. May ayı üçün yayımlanmış CVE-2016-2060 kod adlı təhlükəsizlik yeniləməsi ilə problem öz həllini tapıb. Beləki, yeniləmə tətbiqlərin cihazdakı SMS və zəng məlumat bazasını görə bilməsini təmin edən boşluğu doldurub.

Sözü-gedən boşluq əsasən “Android 4.3 Jelly Bean” və daha köhnə versiyalara problem yaradır. Bu əməliyyat sistemlərindən istifadə edən istifadəçilərin payı 24 faizdir. Bu o deməkdir ki, hər 4 “Android” istifadəçisindən biri bu təhlükə ilə qarşı-qarşıyadır.

Qeyd edək ki, Qualcomm prosessor və “Android 4.4 Kitkat” əməliyyat sistemində işləyən smartfonlar da bu təhlükə ilə üz-üzədir. Buna görə də, əməliyyat sistemini yeniləməkdə fayda var.

Mənbə

Eynar Haji

Müəllif

Eynar Haji

Növbəti

Əlaqəli Paylaşımlar