39 dollarlıq “Android” telefonun batareyası 3 gün bəs edir

şərh Yoxdur
LoadingSevimli et

Miami mərkəzli “BLU” keçdiyimiz günlərdə tək dolumla 72 saat istifadə təmin edən “Energy JR” adlı yeni “Android” telefonunu təqdim edib. Cihaz 3 gün istifadə təmin etsə də, alt sinifə məxsus texniki xüsusiyyətlər ilə təchiz edilib.

“BLU Energy JR”-nin texniki xüsusiyyətləri:

  • 480 x80 piksel təsvir ölçülü 4-düym ekran
  • 512MB daxili yaddaş və microSD kart dəstəyi
  • “Android 4.4 KitKat” əməliyyat sistemi
  • MediaTek MT6571 prosessor
  • 256 MB RAM
  • Wi-Fi və 2G EDGE bağlantı dəstəyi
  • Cüt SİM-kart dəstəyi
  • VGA ön kamera və 3.2MP arxa kamera
  • 3000 mAh batareya

Qeyd edək ki, sözü gedən smartfonu 39.99 dollara satın almaq mümkündür.

blu-energy-2

blu-energy-3

blu-energy-4

Mənbə

Eynar Haji

Müəllif

Eynar Haji

Növbəti

Əlaqəli Paylaşımlar